Dəm qazından zəhərlənərək öldü

10:18 30.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkirdə 23 yaşlı oğlan dəm qazından zəhərlənib. Hadisə rayonun Təzəkənd kəndində baş verib.

Hafta.az xəbər verir ki, kənd sakini 2003-cü il təvəllüdlü Ruhlan Məmmədov yaşadığı evin yataq otağında dəm qazından boğularaq ölüb.

Hadisə yerinə rayon polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.